“Neftçi“ uduzdu, “Araz” seriyada önə keçdi - VİDEOLAR

2 May 2022 09:00 Futzal 731
“Neftçi“ uduzdu, “Araz” seriyada önə keçdi - VİDEOLAR

Bakı İdman Sarayında futzal üzrə Yüksək Liqanın pley-off mərhələsinin ilk oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, günün ilk matçında əzəli rəqiblər – EKOL-la “Neftçi” üz-üzə gəlib.

Meydana optimal heyətlə çıxın komandaların duelində cəmi 2 qol qeydə alınıb. İlk oyunda qələbə qazanan EKOL seriyada önə keçib.

İkinci oyunda üz-üzə gələn komandalar meydana itkilərlə çıxmışdı. “Araz”dan Dmitri Bondarevlə Murilo, “Baku Fire”də isə Samir Mehdiyev cəzalı olduğuna görə matçı buraxırdı.

Bütövlükdə 12 qolun qeydə alındığı bu oyunda gözlənildiyi kimi, Naxçıvan təmsilçisi inamlı qələbəyə sevinib.

EKOL – Neftçi İK 2:0
Qol
: Namiq Məmmədkərimov, 8:33. Emin Kürdov, 12:26.
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Hacıəli Ağayev
Hakim-inspektor: Mehman Mahmudov

Araz (Naxçıvan) – Baku Fire 9:3
Qol
: Maneka, 0:07; 2:17. David Qustavo, 1:34; 37:44. Felipinyo, 2:32. Xətai Bağırov, 21:28. İsa Atayev, 28:57. Fərid Ələkbərov, 30:58. Ramiz Çovdarov, 33:51 – Elvin Quliyev, 32:42; 36:04; 38:31.
Hakimlər: Əli Cəbrayılov, Ceyhun Hüseynov, Anar Fərəcov.
Hakim-inspektor: Elçin Səmədli.

Xəbər Lenti