Azərbaycanda daha bir klub çempionatı tərk etdi

22 Aprel 2022 16:00 Futzal 1 372
Azərbaycanda daha bir klub çempionatı tərk etdi

Futzal üzrə Yüksək Liqada çıxış edən daha bir klub fəaliyyətini dayandırıb.

«Alyans» mövsümün başa çatmasını gözləmədən çempionatdan çıxıb.

İranlı iş adamlarının maliyyələşdirdiyi kollektiv bununla bağlı federasiyanın xəbərdarlığına və xahişlərinə məhəl qoymayıb.

Güman ki, bu, Lənkəran təmsilçisinin turnir cədvəlində ilk 4 pillədən birini tuta bilməməsi və medallar uğrunda pley-off oyunlarından kənarda qalması ilə əlaqədardır.

Daha əvvəl «Xilə» eyni addımı atıb. Qəsəbə komandası qış fasiləsindən sonra oyunlara çıxmayıb və AFFA İntizam Komitəsinin qərarına əsasən, rəsmən Yüksək Liqadan kənarlaşdırılıb.

«Alyans»ın çempionatdan uzaqlaşdırılması gün məsələsidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM