Azərbaycan klubu Rusiyadan legioner gətirdi - FOTO

20 Aprel 2022 02:10 Futzal 622
Azərbaycan klubu Rusiyadan legioner gətirdi - FOTO

"Araz-Naxçıvan" futzal klubu heyətini yeni qapıçı ilə gücləndirib.

Sportinfo.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv Dmitri Bondarevlə anlaşıb.

Rusiyalı qolkiper yeni komandasında cari mövsümün sonunadək çıxış edəcək. 29 yaşlı qapıçı son olaraq Rusiyanın Yüksək Liqasında iştirak etmiş “Spartak-Donetsk”da oynayıb.

Rostov təmsilçisi çempionatda çıxışı dayandırdığına görə, klubun bütün oyunçularına azad agent statusu verilib. Qapıçı "Baku Fire" ilə oyunda debüt edəcək.

"Araz-Naxçıvan"ın əsas qapıçısı Rövşən Hüseynli ötən ay Rusiya Super Liqasında iştirak edən "Torpedo" klubuna transfer olunub.

Xəbər Lenti