Azərbaycan millisinin potensial rəqibləri bilindi - DÇ-2024-də

15 Aprel 2022 13:40 Futzal 3 099
Azərbaycan millisinin potensial rəqibləri bilindi - DÇ-2024-də

Futzal üzrə DÇ-2024-ün Avropa zonası üzrə təsnifat mərhələsi başa çatıb.

Sportinfo.az xəbər verir ki, bununla da əsas seçmə mərhələyə vəsiqə qazanan 12 milli komanda bəlli olub.

Təsnifat mərhələsindən azad olan 24 komanda, o cümlədən Azərbaycan yığması mübarizəyə birbaşa əsas raunddan başlayacaq. Bu 36 iştirakçı hərəsində 3 komanda olmaqla 12 qrupa bölünəcək.

Əsas mərhələ 2023-cü il martın 8-dək başa çatacaq. Püşkatma iyulun 6-da baş tutacaq.

Əsas mərhələdə Azərbaycan millisinin potensial rəqibləri bəllidir. İspaniya, Rusiya, Portuqaliya, Xorvatiya, Serbiya, Qazaxıstan, İtaliya, Çexiya, Ukrayna, Sloveniya, Bosniya və Herseqovina, Polşa, Finlandiya, Rumıniya, Slovakiya, Gürcüstan, Belarus, Niderland, Macarıstan, Fransa, Belçika, Latviya, Şimali Makedoniya, Almaniya, Monteneqro, Danimarka, Kipr, Ermənistan, Kosovo, Litva, İsrail, İsveç, Avstriya, Moldova, Yunanıstan əsas mərhələdə mübarizə aparacaq.

Rusiya yığmasının iştirakı püşkə qədər baş verənlərdən asılıdırsa, Ermənistan millimizlə eyni qrupa düşə bilməz.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM