Azərbaycanın futzal üzrə milisinin qapıçısı Rövşən Hüseynli karyerasını Rusiyada davam etdirir.
Ötən ay Nijni Novqorod “Torpedo”su ilə yaya qədər müqavilə bağlayan təcrübəli qolkiper hələ ki, rəsmi matçda debüt etməyib.
Buna səbəb Rövşənin komandaya yeni qoşulması və taktiki planda baş məşqçinin tələblərini mənimsəməyə öyrəşməsidir.
Həmyerlimizin bacarığına bel bağalayan ruslar qapıçının xidmətindən pley-off qarşılaşmalarında yararlanmaq niyyətindədir. Yəni, təcrübənin həlledici oyunlarda köməyə çatacağını düşünürlər.
Rövşən isə qapıçılarla işləyən məşqçinin rəhbərliyi altında məşq edir, hazırlıqlarda nəyə qadir olduğunu ortaya qoyur. “Torpedo”dakılar, həmçinin avarkeşlər azərbaycanlı futzalçıya böyük ümid bəsləyir.
Sportinfo.az sizə Rövşən Hüseynli ilə bağlı “Torpedo”nun məşqi zamanı çəkilmiş görüntüləri təqdim edir.
Yığmamızın “çərçivə qoruyucusu”nun cəldliyinə və topa reaksiyalarına birlikdə baxaq:
HƏBİB

