Millinin qapıçısına Azərbaycandan getməyi kim məsləhət görüb?

27 Mart 2022 17:30 Futzal 1 013
Millinin qapıçısına Azərbaycandan getməyi kim məsləhət görüb?

“Bu işdə mənə menecerim, millimizin sabiq qapıçısı Marat Salyanski böyük dəstək oldu“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında futzal üzrə yığmanın “1 nömrə“si Rövşən Hüseynli deyib.

Uzun illərdir Azərbaycan millisinin və “Araz Naxçıvan”ın uğurları üçün tər tökən Rövşən Hüseynli bundan sonra karyerasını Rusiyada davam etdirəcək.

31 yaşlı qolkiper “Torpedo” ilə anlaşıb. Bu gün Rusiyaya yollanan Hüseynli qarşıdakı 2 ay müddətində Nijni-Novorod təmsilçisinin formasını geyinəcək.

Qapıçı bildirib ki, Salyanski həm yerli çempionatın lideri ilə danışıqlar aparıb, həm də ona müəyyən məsləhətlər verib:

“Torpedo“nun çempionluq şansı real görünür. Hazırda komanda Rusiya Super Liqasında birinci pillədə yer alıb. Yekunda pley-off görüşləri olacaq“.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM