Tanınmış azərbaycanlı futzalçı Azərbaycanı tərk etməyə hazırlaşır.
Uzun illərdir Azərbaycan millisinin və “Araz Naxçıvan”ın uğurları üçün tər tökən Rövşən Hüseynli bundan sonra karyerasını Rusiyada davam etdirəcək.
Təcrübəli qapıçısı “Torpedo” ilə anlaşıb.
Rövşən məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edərək bu sözləri yazıb: “Təşəkkürlər, “Araz Naxçıvan”!
2014-cü ildən çıxış etdiyim, bu yerlərə gəlib çıxmağımda böyük və xüsusi pay sahibi olan klubdan bu gün ayrıldım. Bu günə qədər mənə dəstək olan, əziyyətimi çəkən hər kəsə minnətdaram.
Klub rəhbərliyinə təşəkkürümü bildirirəm. Bu yolda mənə böyük kömək oldu. Rəhbər heyəti və komanda yoldaşlarım, çox sağ olun! Uğur hər zaman sizinlə olsun! “Araz Naxçıvan” daim qəlbimdə qalacaq.
Bundan sonra karyeramı Rusiyanın “Torpedo” klubunda davam etdiricəyəm. Məqsəd vətənim Azərbaycanı bir idmançı kimi layiqincə təmsil etmək və Rusiya çempionu olaraq geri dönməkdir”.
Rövşən Hüseynli "Araz Naxçıvan"ın heyətində 6 dəfə Azərbaycan çempionu adını qazanıb.
HƏBİB / SPORTİNFO.AZ

