Azərbaycan millisinin qapıçısı Rusiya klubu ilə müqavilə imzaladı

25 Mart 2022 12:40 Futzal 914
Azərbaycan millisinin qapıçısı Rusiya klubu ilə müqavilə imzaladı

Futzal üzrə Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın qapıçısı Rövşən Hüseynli karyerasını Rusiyada davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı qolkiper hazırda yerli çempionatın lideri olan “Torpedo” ilə anlaşıb.

Martın 27-də yeni klubuna qoşulacaq Hüseynli qarşıdakı 2 ay müddətində bu komandanın formasını geyinəcək.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM