19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.
Sportinfo.az xəbər verir ki, Ağatahir Əzimovun başçılıq etdiyi kollektiv 7-ci qrupdakı ilk oyununda Xorvatiyanın müvafiq yaş qrupu üzrə yığması ilə qarşılaşıb.
Xorvatiyanın Karlovats şəhərində keçirilən görüş meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində yeganə qolu 25-ci dəqiqədə Nazim Rəhimov vurub.
Yığma qrupdakı ikinci sınağında Latviya ilə üz-üzə gələcək. Martın 18-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Bu qrupda Belarus da yer alırdı. Lakin komanda hava məkanı bağlı olduğuna görə Xorvatiyaya uça bilməyib.
Azərbaycan – Xorvatiya (0:4) 1:6
17 mart. Karlovac şəhəri, Mladost Arena. Saat 20:00
Hakimlər: Pablo Delgado Sastre (İspaniya), Michael Lima De Sousa (Lüksemburq), Talgat Kosmukhambetov (Qazaxıstan)
Timekeeper: Mislav Dzeko (Xorvatiya)
Qollar: Nazim Rəhimov, 24:38 // Romeo Suşac, 1:12, 32:50, Filip Yosipoviç, 6:53, Lovro Cigler, 9:36, Duje Dragiçeviç, 10:51, Danis Hrgota, 22:43
Sarı vərəqələr: Məhəmməd Abbasov, 11:25, Xəzər Ağalızadə, 12:27, Şaiq Vəlizadə, 15:30, Novruz Kazıxanov, 32:09// Toni Borçiç, 10:09, Romeo Suşac, 32:50
Azərbaycan: 12. Azər Fərmanov (q), 2. Novruz Kazıxanov, 4. Nazim Rəhimov, 5. Nurlan Məmmədov,7. Xəzər Ağalızadə, 1. Zaur Sultanov (q), 3. Fariz Mehralıyev,6. Mirzə Əmirov, 8. Mikayıl Qiyasov, 10. Şaiq Vəlizadə, 11. Məhəmməd Abbasov, 13. Fuad Məmmədzadə (k)
Baş məşqçi: Ağatahir Əzimov
Xorvatiya: 1. Mate Vrdoljak (q), 6. Lovro Cigler, 9. Dominik Çiçiç, 10. Romeo Suşac (k), 13. Filip Yosipoviç, 12. İvan Vukosav (q), 4. Toni Borçiç, 5. Duje Dragiçeviç, 7. Domaqoj Durkoviç, 8. Danis Hrgota, 11. Yosip Qovorko, 14. Qabriyel Lasiç
Baş məşqçi: Duje Maretiç

