Azərbaycan Futzal Federasiyası (AFF) maliyyə çətinliyi ilə üzləşib.
AFF millinin baş məşqçisi Joze Alesio və həm yığmanın, həm də “Araz Naxçıvan”ın formasını geyinən legionerlərin maaşını ödəməkdə problem yaşayır.
Brazliyalı mütəxəssisin aylıq mavacibinin 10 min dollar olmasını bildirək.
Cənubi amerikalı çalışdıırıcı və oyunçular əməkhaqlarının verilməsində fasilələrin yaranmasının səbəbini dəqiqləşdirməyə cəhd göstərsə də, federasiya mənsublarından dəqiq cavab ala bilməyiblər.
Milli komanda Niderlandda keçirilən Avropa çempionatının qrup mərhələsində uğurlu çıxış edə bilməyib. D qrupunun III turunda yer alan kollektiv qrupdakı ilk matçında Gürcüstana 2:3 hesabı ilə uduzub, ikinci görüşdə İspaniya ilə heç-heçə edib - 2:2.
Sonuncu turda Bosniya və Herseqovinanı sınağa çəkən yığmamız 4:2 hesablı qələbə qazansa da, pley-off mərhələsinə vəsiqə qazana bilməyib.
Buna qrupun digər matçında Gürcüstanın İspaniyaya məğlubiyyəti (0:8) səbəb olub. Bununla da yığma qrupu 4 xalla 3-cü pillədə başa vurub.
SPORTİNFO.AZ

