Azərbaycan millisinin futzalçısı Rafael Vilela "Tümen"dən ayrılmayacaq.
Sportinfo.az xəbər verir ki, 29 yaşlı hücumçu siyasi vəziyyətlə əlaqədar komandanı tərk etməyi planlaşdırmır.
Ölkə çempionunun heyətindəki digər 3 legionerə - braziliyalı Leo Qujiel, Bruno Taffi və serbiyalı Yova Lazareviçə də Vilela kimi öz ölkələrinin səfirliklərindən məktublar gəlməyib.
Serbiya, Braziliya və Azərbaycanın Rusiya və Rusiya idmançılarını boykot etmədiyi bildirilib.
FIFA və UEFA daha əvvəl Rusiya yığmaları və komandalarını beynəlxalq turnirlərdən kənarlaşdırıb. "Tümen" komandası isə UEFA Çempionlar Liqasının “dördlər finalı”ndan məhrum olub.

