Rusiya Azərbaycanın da yarışacağı çempionatdan kənarlaşdırıldı - FOTO

3 Mart 2022 01:00 Futzal 1 263
Rusiya Azərbaycanın da yarışacağı çempionatdan kənarlaşdırıldı - FOTO

Avropa Mini-Futbol Federasiyası (EMF) 4-11 iyun tarixlərində Slovakiyanın Koşitse şəhərində keçiriləcək qitə çempionatından Rusiya millisini kənarlaşdırıb.

Sportinfo.az xəbər verir ki, EMF-nin İcraiyyə Komitəsi AVRO-2022-nin ev sahibi Slovakiya Mini-Futbol Assosiasiyası ilə razılaşdıraraq Rusiya millisinin yarışda iştirak üçün dəvətini geri çevirib.

Həmçinin, qərarda bildirilib ki, Rusiya milli komandası və rəsmilərinin öz hökumətinin Ukraynaya hücumu ilə razılaşmamaları mümkün ola bilər.

Lakin Slovakiyanın Koşitse şəhərinin Ukrayna ilə sərhədə 100 km məsafədə yerləşdiyi və Rusiya millisinin təhlükəsizliyi nəzərə alınaraq, belə bir qərar verilib.

Bu Avropa çempionatında Azərbaycan millisi də iştirak edəcək. Azərbaycan və Slovakiyadan başqa, bu yarışda Albaniya, Avstriya, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Çexiya, Fransa, Gürcüstan, İngiltərə, Macarıstan, İsrail, İtaliya, Qazaxıstan, Moldova, Monteneqro, Polşa, Rumıniya, Serbiya, İspaniya, Türkiyə və Ukrayna milliləri də mübarizə aparmalıdır.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM