"Neftçi İK" və "Xilə" arasında futzal üzrə Azərbaycan Yüksək Liqasının XIV tur matçı yarımçıq dayandırılıb.
Sportinfo.az xəbər verir ki, buna qonaq komandanın qapıçısı İmran Məhərrəmovun zədələnməsi səbəb olub.
2-ci dəqiqədə xəsarət alan qolkiper oyunu davam etdirə bilməyib. "Xilə"nin ehtiyat qapıçısı olmadığına görə hakimlər matçı dayandırıblar.
Görüşün nəticəsi barədə AFFA İntizam Komitəsi qərar verəcək.
Bu, "Xilə"nin başına gələn ikinci belə hadisədir. Qəsəbə təmsilçisi Azərbaycan kubokunda 1/8 final mərhələsində də eyni olasyla üzləşib.
Bu səbəbdən “Forza Neftçi” ilə matç başa çatmayıb. Belə ki, Birinci Liqanın lideri hesabda 12:2 öndə olan zaman “Xilə”nin qapıçısına tibbi yardım göstərilməsi üçün həkim meydana daxil olub və qaydalara görə qapıçı sahəni tərk edib.

