Klubunu dəyişən millimizin hücumçusu: “Bu, uzun çəkməyəcək”

24 Fevral 2022 20:20 Futzal 2 640
Klubunu dəyişən millimizin hücumçusu: “Bu, uzun çəkməyəcək”

"Bir müddətdir komandanın düşərgəsindəyəm. Gördüklərimə əsasən deyə bilərəm ki, uğunlaşma uzun çəkməyəcək”.

Sportinfo.az xəbər verir ki, bu sözlər futzal üzrə Azərbaycan millisinin hücumçusu Rafael Vilelaya məxsusdur.

Son olaraq İspaniyada "Palma"da çıxış etmiş forvard "Tümen"lə anlaşıb. 29 yaşlı braziliyalı Rusiya klubu ilə 1,5 illik müqaviləyə qol çəkib.

O, yeni klubuna uyğunlaşmaq barədə problem yaşamayacağını bildirib:

“Çempionatlar arasındakı fərq və tələblər çoxdur. İspaniyada əsasən taktiki və texniki məqamlar ön planda dayanır.

Fərdi qabiliyyət çox vacibdir. Amma Rusiyada mübarizəyə diqqət yetirirlər. Eyni zamanda fiziki hazırlığın da yüksək səviyyədə olmalıdır.

Oyunların müddətində də fərq var. İspaniyada bir hissə 20, Rusiyada isə 25 dəqiqə davam edir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA