Futzal üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulub.
Sportinfo.az xəbər verir ki, maraqlı nəticələrdən biri “Baker Tilly” – “Araz” (Naxçıvan) oyununda qeydə alınıb.
Cəmi 5 futzalçı ilə matça gələn ölkə çempionu hətta qapıçı Rövşən Hüseynlinin xidmətindən meydan oyunçusu kimi istifadə edib. Hüseynli isə görüşdə dubl edib, amma qələbəni İkinci Liqa təmsilçisi bayram edib.
“Advokat” isə hesabda iki dəfə geri düşdüyü matçda “Alyans”ı son saniyələrdə vurduğu qolla yenib.
“Bibi-Heybət” – “STAR kargo-2” görüşünün qalibi əlavə vaxtda müəyyənləşib və İkinci Liqanın iki təmsilçisinin qarşılaşmasını nominal meydan sahibləri qazanıb.
Bakı İdman Sarayında Yüksək Liqanın iki təmsilçisi - EKOL ilə “Recor” düz-üzə gəlib. İlk hissədə rəqib qapısına 2 dəfə yol tapan EKOL mərhələ adlayan tərəf olub. Qış fasiləsində heyətini gücləndirən “Alyans Qrup” U-19-dan güclü olub.
“Forza Neftçi” – “Xilə” matçı isə başa çatmayıb. Belə ki, Birinci Liqanın lideri hesabda 12:2 öndə olan zaman “Xilə”nin qapıçısına tibbi yardım göstərilməsi üçün həkim meydana daxil olub və qaydalara görə qapıçı meydanı tərk edib.
Yüksək Liqa təmsilçisinin ehtiyat qapıçısı olmadığına görə hakimlər matçı davam etdirməyib. Nəticə ilə bağlı İntizam Komitəsi qərar verəcək.
Günün son duelini isə Yüksək Liqa təmsilçisi qazanıb. “Baku Fire” “İSMA M.A Baku”dan güclü olub.
Mərhələnin son oyuonu “Neftçi” üçün yaxşı başlamayıb. “Atletiko Baku” ardıcıl qollar sayəsində hesabı xeyrinə dəyişib 3:1. Amma tədricən toparlanan Yüksək Liqa iştirakçısı qələbə qazanmağı bacarıb.
Azərbaycan kuboku, 1/8 final
Advokat – Alyans (Lənkəran) 3:2
Baker Tilly – Araz (Naxçıvan) 5:4
Bibi-Heybət – STAR kargo-2 10:8
Neftçi İK – Atletiko Baku 4:3
EKOL – Record 2:0
Alyans Qrup – U-19 12:4
Baku Fire – İSMA. M.A. Baku 7:3
“Forza Neftçi” – “Xilə” (12:2) oyunu başa çatmayıb. Bu oyunun yekun nəticəsi barədə İntizam Komitəsi qərar verəcək.
Beləliklə, 1/4 final mərhələsində bu cütlüklər üz-üzə gələcək:Alyans Qrup – Bibi-Heybət
Baku Fire – Neftçi İK
EKOL – Baker Tilly
Advokat – Forza Neftçi/Xilə

