Azərbaycanlı oyunçu hakimi döymək istədiyi üçün… İNSİDENT

20 Fevral 2022 00:40 Futzal 803
Azərbaycanlı oyunçu hakimi döymək istədiyi üçün… İNSİDENT

Futzal üzrə Azərbaycan çempionatında xoşagəlməz hadisə yaşanıb.

Sportinfo.az xəbər verir ki, bu, İkinci Liqanın “Atletiko Baku” – “Star Karqo” oyununda baş verib.

Nominal qonaqların oyunçusu Şahin Abdinov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılıb.

Bundan narazı qalan futzalçı hakimə qarşı təhqiramiz ifadələr işlədib və ona fiziki təsir göstərməyə cəhd edib.

AFFA-nın İntizam Komitəsi baş verənləri müzakirə edərək oyunçunu cəzalandırıb. O, 8 oyunluq diskvalifikasiya edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti