Millimizin forvardı 150 min avroya satıldı – Dörd dəfə artıq maaş alacaq

17 Fevral 2022 00:50 Futzal 5 366
Millimizin forvardı 150 min avroya satıldı – Dörd dəfə artıq maaş alacaq

Futzal üzrə Azərbaycan millisinin hücumçusu Rafael Vilelanın Rusiyanın “Tümen” klubuna transferinin detalları müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu transfer onun sabiq klubu “Palma”nın büdcəsini zənginləşdirib.

29 yaşlı oyunçunun keçidindən İspaniya yüksək liqa təmsilçisi təxminən 150 min avroluq gəlir əldə edib. Həmçinin Vilela “Tümen”də “Palma”dakı maaşının dördqatını qazanacaq.

Transferlə bağlı açıqlama verən “Palma”nın baş direktoru Xoe Tirado bundan məyusluq keçirdiklərini gizlətməyib:

“Rusiya klubu aylardır Vilela ilə maraqlanırdı və hər dəfə rədd cavabı verirdik. Çünki onun layihəmizdə əhəmiyyətli oyunçu olduğunu bilirdik.

Ötən il onunla yeni 4 illik müqavilə bağladıq. Amma bəzən oyunçu Çempionlar Liqasının “dördlər finalı”nda çıxış edəcək “Tümen” kimi böyük klubda oynamağı üstün tuta bilir.

Ruslar müqavilədə yer alan sərbəst qalma məbləğini ödəməyə razılıq verdilər. Biz də heç nə edə bilmədik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA