Azərbaycan millisinin iki oyunçusu Rusiya və Qazaxıstan klubunda

16 Fevral 2022 22:40 Futzal 5 229
Azərbaycan millisinin iki oyunçusu Rusiya və Qazaxıstan klubunda

Azərbaycan millisinin iki futzalçısı klubunu dəyişib.

Sportinfo.az xəbər verir ki, "Araz-Naxçıvan"dan ayrılan Amir Şojayi Qazaxıstanın "Bayterek" klubuna keçib.

Oyunçunun viza işləri həllini tapıb və o, fevralın 17-də yeni komandasına qoşulacaq.

Yığmanın digər üzvü Rafael Vilela isə Rusiya "Tümen"i ilə anlaşıb. Hazırda Rusiya Super Liqasına başçılıq edən komanda UEFA Çempionlar Liqasının “dördlər finalı”nda da iştirakını davam etdirir.

29 yaşlı hücumçu yeni klubu ilə müqavilə imzalayıb və hazırda komandanın düşərgəsindədir.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM