Azərbaycan millisinin hücumçusunu 200 min avroya alırlar

15 Fevral 2022 00:40 Futzal 1 370
Azərbaycan millisinin hücumçusunu 200 min avroya alırlar

Azərbaycan millisinin və İspaniyanın "Palma" klubunun futzalçısı Rafael Vilela karyerasını Rusiyada davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, braziliyalı hücumçu "Tümen" ilə anlaşıb.

Superliqa təmsilçisi 29 yaşlı forvardın keçidi üçün qarşı tərəfə 200 min avro təzminat ödəyəcək.

Təcrübəli oyunçunun yeni komandasındakı məvacibi isə hazırkından 4 dəfə çox olacaq.

Azərbaycan millisinin digər futzalçısı Tiaqo Bolinya da 2020-ci ilin martından "Tümen"in formasını geyinir.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM