Daha bir Azərbaycan klubu dağılmaq təhlükəsi ilə ÜZ-ÜZƏ

4 Fevral 2022 23:20 Futzal 2 109
Daha bir Azərbaycan klubu dağılmaq təhlükəsi ilə ÜZ-ÜZƏ

Azərbaycanda daha bir futbol klub dağıla bilər. Söhbət Futzal üzrə Azərbaycan çempionatında çıxış edən "Xilə" komandasından gedir.

2018-ci ildən yaradılan klub "Royal Holdinq" QSC-nin sponsorluğu ilə Yüksək Liqada mübarizəyə qoşulub. Amma indi adıçəkilən şirkət komandaya bütün dəstəyini kəsib. Mövsümün ikinci yarısına hazırlaşmalı olan klub pulsuzluqdan bir araya gələ bilmir.

Problemlərinin işıqlandırılması üçün bizə müraciət edən komandanın məşqçisi Tural Lətifov sponsor tərəfindən aldadıldıqlarını bildirib: "Klub olaraq başlanğıcda yaxşı təşkilatlanmışdıq. Sırf yerli futbolçulardan yığılan komandamız ilk oyunlardan yaxşı oyun və nəticələr göstərməyə başladı. Televizyadan da yayımlanan oyunlarımız futbol ictimaiyyətində böyük rəğbətlə qarşılandı. Amma bir müddət sonra sponsor yalanları ilə bizi yola verməyə başladı. "Royal Holdiq"in sahibi Ramil Kərimli ilə görüşümüzdə 5 illik plan irəli sürmüşdüm. Aylıq cəmi 3500 manat büdcəyə razılaşmışdıq. İlk dördlük üçün ən real namizədlərdən sayılırdıq. Ancaq o, öz öhdəliklərini yerinə yetirmədi və komanda mənəvi olaraq sındı. Top və inventarları öz hesabıma almışam. İspan brendi olan "Joma" nümayəndəsinə biz hələ də borcluyuq. İndiki halda bizə dəstək lazımdır".

Həm də komandanın kapitanı olan Tural bəy əli çatan hər yerə getsə də, köməklərinə çatan olmadığını deyir: "Çətin durumda bizə maddi dəstək verən yoxdur. Azərbaycan Gənclər və İdman Nazirliyinə, AFFA-ya və bir çox şirkətlərə müraciət etsək də heç kim köməklik göstərmədi. Biz Azərbaycan futzalı, Azərbaycan idmanı naminə klubu yaşadıb, gələcəkdə də inkişaf eləmək istəyirik. Bu yolda bizə dəstək olmaq istəyən olsaydı sevinərdik".

XANOĞLAN / SPORTİNFO.AZ

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"