“Yeniliklər olacaq, federasiya bizimlə birgə təqdimatlar hazırlayacaq”

2 Fevral 2022 13:30 Futzal 1 086
“Yeniliklər olacaq, federasiya bizimlə birgə təqdimatlar hazırlayacaq”

"Pandemiya üzündən müəyyən məhdudiyyətlərə baxmayaraq, komandamızın final mərhələsinə vəsiqə qazanması ciddi nailiyyətdir”.

Sportionfo.az xəbər verir ki, bu sözlər AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova məxsusdur.

Futzal yığmasının Niderlandda keçirilən Avropa çempionatının qrup mərhələsində çıxışına toxunan E.Məmmədov deyib:

“Qrupdan çıxsaydıq, yaxşı olardı. Gürcüstanı udmaq lazım idi. İspaniyaya qarşı fədakarlıq nümayiş etdirdilər. Azərbaycan Futzal Federasiyası ilə müzakirələr aparmışıq.

Milli komanda, futzala yanaşma ilə bağlı yeniliklər olacaq. Mayadək federasiya bizimlə birgə təqdimatlar hazırlayacaq.

Tələbələr arasındakı futzal yarışlarında peşəkarlıq lazımdır. İştirakçı sayında bir nəfər futzala gəlsə, böyük uğur olacaq".

Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv D qrupunda mübariz aparıb. Qrupdakı ilk matçında Gürcüstana 2:3 hesabı ilə uduzan Azərbaycan millisi ikinci görüşdə İspaniya ilə heç-heçə edib - 2:2.

III turunda Bosniya və Herseqovinanı sınağa çəkən yığmamız 4:2 hesablı qələbə qazanıb.Qalibiyyətə baxmayaraq, Azərbaycan Avropa çempionatında mübarizəni dayandırıb.

Buna qrupun digər matçında Gürcüstanın İspaniyaya məğlubiyyəti (0:8) səbəb olub. Bununla da yığma qrupu 4 xalla 3-cü pillədə başa vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA