Azərbaycan millisində kütləvi xəstəlik yayıldı

1 Fevral 2022 22:40 Futzal 1 099
Azərbaycan millisində kütləvi xəstəlik yayıldı

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin bu gün başlamalı olan təlim-məşq toplanışı ləğv edilib.

Sportinfo.az xəbər verir ki, buna səbəb əksər oyunçuların səhhətlərində problem yaranmasıdır.

Futzalçılar test vermədikləri üçün onların koronavirusa yoluxub-yoluxmadıqları bəlli deyil.

Amma aralarında qızdırması olan, soyuqlayan, halsızlıq hiss edənlər var. Hazırlıq prosesi baş tutmadığından, onlardan analiz götürülməyib.

U-19 gələn ay Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayacaq.

7-ci qrupda yer alan Ağatahir Əzimovun başçılıq etdiyi kollektiv martın 16-da Belarus, martın 17-də Xorvatiya və martın 19-da Latviya ilə qarşılaşacaq. Bu qrupun oyunları Xorvatiyada təşkil olunacaq.

Yığmanın oyunlarının təqvimi

16 mart

19:00. Belarus – Azərbaycan

17 mart

22:00. Xorvatiya – Azərbaycan

19 mart

19:00. Azərbaycan – Latviya

Hər 3 qarşılaşma Karlovats şəhərindəki "Mladost Arena"da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA