Azərbaycan millisindən PİRR QƏLƏBƏSİ - VİDEO+FOTOLAR

30 Yanvar 2022 11:20 Futzal 1 840
Azərbaycan millisindən PİRR QƏLƏBƏSİ - VİDEO+FOTOLAR

Futzal üzrə Azərbaycan millisi Niderlandda keçirilən Avropa çempionatının qrup mərhələsində sonuncu oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, D qrupunun III turunda Bosniya və Herseqovinanı sınağa çəkən Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 4:2 hesablı qələbə qazanıb.

Yığmanın heyətində qolları 7-ci dəqiqədə Bolinya, 11-ci dəqiqədə Eduardo Borges, 33-cü dəqiqədə Rafael Vilela və 40-cı dəqiqədə Qallo vurublar.

Rəqibdən isə 12-ci dəqiqədə Anel Radmiloviç və Nermin Kahvedziç fərqlənib. Joze Alesionun komandasında Felipinyo 30-cu dəqiqədə ikinci sarı vərəqəni görərək meydandan qovulub

Qalibiyyətə baxmayaraq, Azərbaycan millisi Avropa çempionatında mübarizəni dayandırıb.

Buna qrupun digər matçında Gürcüstanın İspaniyaya məğlubiyyəti (0:8) səbəb olub. Bununla da yığma qrupu 4 xalla 3-cü pillədə başa vurub.

Qrupdakı ilk matçında Gürcüstana 2:3 hesabı ilə uduzan Azərbaycan millisi ikinci görüşdə İspaniya ilə heç-heçə edib - 2:2.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA