Millimiz bosniyalıları məğlub etdi, qrupda qaldı

29 Yanvar 2022 22:11 Futzal 2 180
Millimiz bosniyalıları məğlub etdi, qrupda qaldı

Futzal üzrə Azərbaycan millisi növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Joze Alesio da Silvanın yetirmələri AVRO-2022-də çıxışını başa vurub.

Qrup mərhələsində son sınağına çıxan yığmamız ilk qələbəsini qazanıb – 4:2. Lakin Bosniya və Herseqovina ilə matçdakı üç xal 1/4 finala çıxmaq üçün kifayət etməyib.

D qrupundan ilk vəsiqəni əldə edən Gürcüstan İspaniya ilə matçda uduzub – 0:8.

Nəticədə bu iki komanda mübarizəni davam etdirəcək. Bunadək Gürcüstan (2:3) və İspaniya (2:2) ilə qarşılaşan millimiz isə qrup üçüncüsü kimi AVRO-2022 ilə vidalaşıb.

İspaniya və Gürcüstandan başqa, Rusiya, Portuqaliya, Ukrayna, Qazaxıstan, Finlandiya və Slovakiya da 1/4 finala yüksəlib.

D qrupu
29 yanvar
Azərbaycan – Bosniya və Herseqovina - 4:2
Qollar:
Bolinya, 7, Eduardo, 11, Vilela, 33, Qallo, 40 – Radmiloviç, 12 (pen.), Kahvedziç, 32
Hakimlər: Daniel Matkoviç (İsveçrə), David Qrondal Nissen (Danimarka), Yan Kresta (Çexiya)
Amsterdam. Ziqqo Dome

1

İspaniya

3

2

1

0

14-3

7

2

Gürcüstan

3

2

0

1

5-10

6

3

Azərbaycan

3

1

1

1

8-7

4

4

Bosniya və H.

3

0

0

3

4-11

0

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA