Azərbaycan millisinin 4 üzvü karantinə alındı - YENİ PROBLEM

28 Yanvar 18:00 Futzal 269
Azərbaycan millisinin 4 üzvü karantinə alındı - YENİ PROBLEM

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının final mərhələsi çərçivəsində sabah Bosniya və Herseqovinaya qarşı keçirəcəyi oyundan öncə ciddi itkilərlə üzləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Belə ki, millimizin 4 üzvü karantinə alınıb. Bu gün rəsmi məşq üçün verilmiş antigen testin nəticəsi 4 nəfərdə pozitiv çıxıb.

Buna görə də futzalçılardan Emin Kürdov və Xətai Bağırov, məşqçi Ağakərim Həsənov və həkim Fuad Sadıqov komandanın məskunlaşdığı oteldə karantinə alınıb.

Onlar oyunöncəsi məşqdə iştirak etməyib. Onlardan PCR test götürülüb, nəticələr sabah günün birinci yarısında açıqlanacaq.

UEFA bugünkü məşqi başqa həkimlərlə təmin edib.

Digər Xəbərlər
Xəbər Lenti
17 May 10:40 Sərfəli və münasib
17 May 00:20 Beyl "Real"dan gedir