“Onların zəif cəhəti odur ki...” - Millimizin baş məşqçisi

28 Yanvar 2022 17:20 Futzal 414
“Onların zəif cəhəti odur ki...” - Millimizin  baş məşqçisi

“Vacib oyundur. Ağır görüş olacaq. Bosniya və Herseqovinanın 2 oyununu izləmişəm.

Təşkilatlanmış komandadır. Əlbəttə, bizim üçün çətin bir duel olacaq. Ancaq əlimizdən gələni edəcəyik".

Sportinfo.az xəbər verir ki, bu sözləri futzal millimizin baş məşqçisi Joze Alesio Da Silva Niderlannda təşkil olunan Avropa çempionatının D qrupunun sonuncu turunda Bosniya və Herseqovina ilə sabahkı oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

"Onlar hər iki oyunda yenilsələr də, yaxşı çıxış etdilər. Nəticə qazanmaq istəyiriksə, mütləq intizamlı, istəkli oynamalıyıq.

Yəni, İspaniya millisi ilə matçdakı kimi mübarizə aparmalıyıq" deyə, o bildirib .

Braziliyalı mütəxəssis heyətdə müəyyən dəyişiklik ediləcəyini vurğulayıb:

"Rəqibin zəif cəhəti odur ki, kompakt oynamırlar. Biz də çalışacağıq ki, bundan istifadə edək.

Yenə deyirəm, ispanlara qarşı necə oynamışıqsa, futzalçılarımdan həmin oyunu, əzmkarlığı, iradəni gözləyirəm”.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"