"Azərbaycan İspaniyadan daha üstün oynadı"

29 Yanvar 2022 02:00 Futzal 804
"Azərbaycan İspaniyadan daha üstün oynadı"

"Azərbaycan millisi çox ciddi rəqibdir".

Sportinfo.az xəbər verir ki, bunu Bosniya və Herseqovina millisinin futzalçısı Yosip Sesar Azərbaycana qarşı keçirəcəkləri Avropa çempionatının D qrupunun III tur matçından öncə deyib.

30 yaşlı hücumçu Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektivin Gürcüstandan daha yaxşı komanda olduğunu bildirib:

"Onlar da gürcülərlə matçda 2 top fərqi ilə önə keçdikdən sonra uduzdular, daha sonra İspaniya ilə heç-heçə etdilər. Hətta deyərdim ki, son matçda rəqibdən daha üstün oynadılar".

Bununla belə, Sesar Azərbaycan millisi ilə görüşdə qələbə qazanmaq istədiklərini gizlətməyib: "Meydana qalibiyyət üçün çıxacağıq. Hər iki kollektivin ifasında açıq oyun gözləyirəm".

Yanvarın 29-da gerçəkləşəcək Azərbaycan - Bosniya və Herseqovina görüşü Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM