Millimizin iki üzvü sağaldı, biri cəzalı duruma düşdü

28 Yanvar 2022 14:20 Futzal 471
Millimizin iki üzvü sağaldı, biri cəzalı duruma düşdü

Niderlandda keçirilən Avropa çempionatının final mərhələsində yanvarın 29-da Bosniya və Herseqovina ilə qarşılaşacaq Azərbaycan millisi Qroningen şəhərindən Amsterdama gəlib.

Sportinfo.az xəbər verir ki, Joze Alesio Da Silvanın rəhbərlik etdiyi komanda matçın baş tutacağı "Ziggo Dome"də bərpa məşqi keçirib.

Yığma oyunöncəsi son çalışmasını bu gün Bakı vaxtı ilə saat 15:30-da gerçəkləşdirəcək.

Məşqdən əvvəl baş məşqçi Joze Alesio Da Silvanın və İsa Atayevin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Qaydalara uyğun olaraq isə həm rəsmi məşq, həm də oyun günü komanda üzvlərindən antigen test götürüləcək.

Heyətlə bağlı da müəyyən dəyişikliklər var. İlk iki oyunda sarı vərəqə alan Fineo De Araujo cəzalı duruma düşüb və qrupun son duelində komandaya kömək edə bilməyəcək.

Əvəzində bir həftə əvvəl COVID-19 anticism və PCR analizləri pozitiv çıxmış və qaldıqları otel otağında karantinə alınmış Qallo və Rövşən Hüseynli kollektivə qoşulub. Hər iki oyunçu Gürcüstan və İspaniyaya qarşı matçlarda iştirak etməyib.

Azərbaycan - Bosniya və Herseqovina qarşılaşması Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!