Azərbaycan – İspaniya: Bəxti gətirməyən millimiz: VİDEO

28 Yanvar 2022 01:00 Futzal 685
Azərbaycan – İspaniya: Bəxti gətirməyən millimiz: VİDEO

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının final mərhələsində növbəti oyununu keçirib.

Sportinfo,az xəbər verir ki, Niderlandın Qroningen şəhərində İspaniya ilə qarşılaşan komandamız meydanı 2:2 hesablı heç-heçə ilə tərk edib.

İsa Atayevin fərqləndiyi oyunda digər qol avtoqoldan qeydə alınıb.

Qrupun digər oyununda isə Gürcüstan millisi Bosniya və Herseqovina seçməsinə 2:1 hesabı ilə qalib gəlib.

Azərbaycan ilk oyununda Gürcüstan komandasına 2:3 hesabı ilə uduzub. İspaniya seçməsi isə Bosniya və Herseqovinanı məğlub edib - 5:1.

Millimiz qrupun son oyununda yanvarın 29-da Bosniya və Herseqovina komandası ilə üz-üzə gələcək.

Hesabında 6 xal olan Gürcüstan millisi qrupda birinci pillədə qərarlaşıb.

Yeddiqat Avropa çempionu olan İspaniya 4 xalla ikinci, Azərbaycan komandası isə 1 xalla üçüncüdür. Bosniya və Herseqovina yığmasının aktivində isə xal yoxdur.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"