Öncə millimizi, sonra bosniyalıları məğlub etdilər, lider oldular - VİDEO

27 Yanvar 2022 02:40 Futzal 953
Öncə millimizi, sonra bosniyalıları məğlub etdilər, lider oldular - VİDEO

Futzal üzrə Avropa çempionatında oyunlar davam edir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisi ilə eyni qrupda yer alan Gürcüstan qrupda liderliyə yüksəlib.

​Belə ki, millimizi 3:2 məğlub edən gürcülər bu dəfə Bosniya və Herseqovinaya 2:1 qalib gəlib.

Gürcülər ilk hissədən sonra hesabda geridə olsalar da, ikinci yarıda 2 qol vurub. Bu nəticədən sonra xallarını 6-ya çatdıran kollektiv liderliyə yüksəlib. Xalı olmayan Bosniya və Herseqovina isə sonuncu pillədə qərarlaşıb.

Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu