İCAZƏ VERİLDİ – Millimizin oyununda qapılar açıq olacaq

26 Yanvar 2022 13:40 Futzal 436
İCAZƏ VERİLDİ – Millimizin oyununda qapılar açıq olacaq

Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının qrup mərhələsindəki sonuncu - üçüncü görüşü azarkeşlərin iştirakı ilə keçiriləcək.

Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, buna Niderland hökumətinin koronavirusla bağlı karantin rejimində yumşalmaya getməsi səbəb olub.

Hökumət oyunları müəyyən sayda tamaşaçının izləməsinə imkan yaradıb. Bunu nəzərə alan UEFA bu gündən bilet satışını bərpa edəcək.

Üstünlük əvvəlcədən bilet alanlara veriləcək. Boş yer qalarsa, yanvarın 27-dən həmin yerlər üçün də bilet satışı həyata keçiriləcək.

Azarkeşlərin zallara buraxılmasına isə yanvarın 29-da icazə veriləcək. Azərbaycan yığması həmin gün Bosniya və Herseqovina ilə görüşəcək.

İlk görüşündə Gürcüstana 2:3 hesabı ilə uduzan komanda bu gün İspaniya ilə üz-üzə gələcək.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"