"Hər şey bizdən asılı deyil, şanslarımız hələ tükənməyib"

26 Yanvar 2022 01:00 Futzal 388
"Hər şey bizdən asılı deyil, şanslarımız hələ tükənməyib"

"Vacib oyunda uduzsaq da, şanslarımız hələ tükənməyib, qarşıda daha 2 matçımız var".

Sportinfo.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan komandasının baş məşqçisi Joze Alesio Da Silva Avropa çempionatının final mərhələsində İspaniyaya qarşı keçirəcəkləri D qrupunun II tur matçından öncə mətbuat konfransında deyib.

Braziliyalı mütəxəssis Gürcüstana uduzduqları ilk oyundakı səhvlərin üzərində işlədiklərini bildirib:

"Oyunçularla psixoloji söhbətlər etmişik. Sonadək mübarizə aparacağıq. Əlbəttə, hər şey bizdən asılı deyil.

Gürcüstan - Bosniya və Herseqovina matçının nəticəsi də vacibdir. Gürcülər qalib gəlsə, bizim üçün çətin olacaq".

Yanvarın 26-da keçiriləcək İspaniya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"