Millimizin 2 oyunçusu yenə “NEQATİV” XƏBƏRİ ALDI

22 Yanvar 2022 14:20 Futzal 897
Millimizin 2 oyunçusu yenə “NEQATİV” XƏBƏRİ ALDI

Azərbaycan millisinin futzalçıları Qallo və Rövşən Hüseynli Gürcüstana qarşı Avropa çempionatının ilk oyununda iştirak etməyəcəklər.

Federasiyanın Mətbuat Xidmətindən Sportinfo.az-a verilən məlumata görə, hər iki oyunçudan götürülmüş PCR testi də pozitiv çıxıb.

Onlar Niderlandda qaldıqları oteldə karantinə alınıblar. Karantin yanvarın 27-də başa çatacaq.

Qaydalara uyğun olaraq, bu gün rəsmi oyun üçün digər futzalçılardan yenidən COVID-19 anticism analizləri götürülüb və bütün nəticələr neqativ olub.

Gürcüstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 17:30-da başlayacaq. Hər iki oyunçunun ilk testləri yanvarın 21-də müsbət nəticələnib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA