"Təcrübəsiz komandayıq, hər şeyi xırda nüanslar həll edəcək"

22 Yanvar 2022 02:40 Futzal 642
"Təcrübəsiz komandayıq, hər şeyi xırda nüanslar həll edəcək"

"Azərbaycan millisi 6-cı dəfə Avropa çempionatının final mərhələsində çıxış edir ki, bu da rəqib üçün müsbət haldır".

Sportinfo.az xəbər verir ki, bunu futzal üzrə Gürcüstan komandasının kapitanı Zviad Kupatatdze Avropa çempionatında Azərbaycana qarşı keçirəcəkləri D qrupunun ilk tur matçından öncə mətbuat konfransında deyib.

O bildirib ki, Joze Alesio Da Silvanın başçılıq etdiyi kollektivin bu cür turnirlərdə oynamaq təcrübəsi var:

"Biz isə təcrübəsiz komandayıq. Bununla belə, şanslar bərabərdir. Hər şeyi xırda nüanslar həll edəcək. Oyunçularımız yaxşı formadadır. İlk oyuna tam hazırıq".

Dekabrın 22-də keçiriləcək Gürcüstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA