Azərbaycan yığmasının yekun heyətində 6 legioner

16 Yanvar 11:00 Futzal 606
Azərbaycan yığmasının yekun heyətində 6 legioner

Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının final mərhələsi üçün yekun heyəti açıqlanıb.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Joze Alesio Da Silva turnirdə 14 futzalçının xidmətindən yararlanacaq.

Azərbaycan millisi Avropa çempionatının D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək.

19 yanvar - 6 fevralda gerçəkləşəcək yarış ilk dəfə 16 komandanın iştirakı ilə olacaq.

1

Rövşən Hüseynli

Araz-Naxçıvan

2

Ramiz Çovdarov

Araz-Naxçıvan

3

İsa Atayev

Araz-Naxçıvan

4

Xətai Bağırov

Araz-Naxçıvan

5

Rizvan Fərzəliyev

Araz-Naxçıvan

6

Emanoel Joao Rodrigues "Maneka"

Araz-Naxçıvan

7

Oliveira Villiams “Vassoura”

Sporting Paris (Fransa)

8

Everton Cardoso “Qalo”

Levante U.D. (İspaniya)

9

Emin Kürdov

EKOL

10

Cohnatas Felipe “Felipinyo”

Araz-Naxçıvan

11

Eduardo Borges

Halle-Gooik (Belçika)

12

Rafael Vilela

Palma Futsal (İspaniya)

13

Fineo De Araujo

Sporting Paris (Fransa)

14

Thiago Teles Martins “Bolinha”

ACCS FUTSAL( Fransa)

Millinin oyunlarının təqvimi

22 yanvar

17:30. Gürcüstan – Azərbaycan (Qroningen)

26 yanvar

23:30. İspaniya – Azərbaycan (Qroningen)

29 yanvar

20:30. Azərbaycan - Bosniya və Herseqovina (Amsterdam)

Digər Xəbərlər
Xəbər Lenti