Azərbaycan komandasının legioneri niyə dalaşdı? - VİDEO+FOTOREPORTAJ

2 Noyabr 2021 02:40 Futzal 813
Azərbaycan komandasının legioneri niyə dalaşdı? - VİDEO+FOTOREPORTAJ

"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində sonuncu oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, B yolunda yer alan və qrupdan çıxmaq şanslarını itirən Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv üçüncü qarşılaşmasında Kosovodan "Ligeni" ilə üz-üzə gəlib.

İvano-Frankovsk şəhərindəki Peşəkar Bədən Tərbiyə Kollecinin zalında oynanılan matç məhsuldar heç-heçə ilə başa çatıb - 6:6.

Naxçıvan təmsilçisinin heyətində qolları İsa Atayev (2), Felipinyo, Maneka, Ramiz Çovdarov, və David Qustavo vurublar. Kosovo klubundan isə Şkipeon Brahimi (2), Anton Uka, Arber Şkodra, Xorxe Stiven Abril Qarsiya və yulian Diaz fərqlənib.

Oyunun sonuncu - 40-cı dəqiqəsində dava baş verib.

Azərbaycan çempionunun hücumçusu Felipinyo ilə rəqib komandanın üzvü Arber Şkodra arasındakı mübahisə qəflətən əlbəyaxa davaya çevrilib və oyunçular bir-birilərinə zərbə endirməyə başlayıblar.

Daha sonra Kosovo təmsilçisinin digər futzalçısı Anton Uka ayağı ilə braziliyalı forvardı vurub. Digər oyunçuların müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub.

Görüşün baş hakimi Kriştianu Xose Kardoso Santos davada iştirak etmiş hər 3 futzalçını qırmızı vərəqə ilə meydandan qovub.

Bu heç-heçədən sonra xallarını 4-ə çatdıran Azərbaycan çempionu qrupu 2-ci pillədə başa vurub. Eyni xala malik "Ligeni" isə 3-cü olub.

B yolu, 6-cı qrup

"Ligeni" (Kosovo) - "Araz-Naxçıvan" (Azərbaycan) - 6:6

Qollar: Şkipeon Brahimi, 13; 34, Anton Uka, 19, Arber Şkodra, 26, Xorxe Stiven Abril Qarsiya, 36, Yulian Diaz, 40 - İsa Atayev, 7; 25, Felipinyo, 10, Maneka, 10, Ramiz Çovdarov, 12, David Qustavo, 23

Baş hakim: Denis Kutsıy (Ukrayna)

İvano-Frankovsk, Peşəkar Bədən Tərbiyə Kollecinin zalı.

Xəbər Lenti