Azərbaycan çempionu ÇL-də qrupdan çıxa bilmədi

31 Oktyabr 2021 23:40 Futzal 1 174
Azərbaycan çempionu ÇL-də qrupdan çıxa bilmədi

Futzal üzrə Azərbaycan çempionu “Araz” (Naxçıvan) bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində sonuncu oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, B yolunda yer alan Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 6-cı qrupdakı üçüncü qarşılaşmasında Kosovonun “Liqeni” komandası ilə üz-üzə gəlib.

Qrupdakı ilk görüşündə Ukrayna “Uraqan”ına 1:2 hesabı ilə uduzan Azərbaycan çempionu ikinci oyunda Rumıniyanın “Yunayted Qalati” komandasına qalib gəlmişdi – 5:3.

Növbəti mərhələ şanslarını itirən komandamız “Liqeni” ilə birlikdə qrupda 3 xalla 2-3-cü yerləri bölüşdürürdü.

Ukraynanın İvano-Frankovsk şəhərindəki Peşəkar Bədən Tərbiyə Kollecinin zalında baş tutan matç kifayət qədər məhsuldar alınıb.

Azərbaycan çempionu bu görüşdə çox yaxşı başlasa da, üstünlüyünü sonadək qoruya bilməyib. Beləcə, bu oyunda qalib müəyyənləşməyib.

6-cı qrupun oyunları Ukraynada keçirilib. Bu qrupun digər matçında növbəti mərhələyə vəsiqəni təmin etmiş “Uraqan” “Yunayted Qalati” ilə qarşılaşacaq.

31 oktyabr

“Liqeni” – “Araz” 6:6

Qol: Şqipeon Brahimi, 12:05; 33:58. Anton Uka, 19:00-pen. Arben Şkodra, 25:54. Abril Qarsiya, 35:25. Yulian Dias, 39:07 - İsa Atayev, 6:18; 24:30. Felipinyo, 9:09. Maneka, 9:41. Ramiz Çovdarov, 11:15. David Qustavo, 22:49.

Baş hakim: Denis Kutsıy (Ukrayna).

İvano-Frankovsk, Peşəkar Bədən Tərbiyə Kollecinin zalı.

Liqeni: 12. Fidan Qaşi, 5. Arben Şkodra, 6. Abril Qarsiya, 9. Yulian Dias, 11. Sançez Naqles, 2. Fidan Misini, 3. Şqipeon Brahimi, 4. Taulant İsmayili, 7. Valon Brahimi, 10. Dardan Topilla (k), 16. Yakup Ramadani, 17. Anton Uka.

Baş məşqçi: Şpend Brahimi.

Araz: 1. Emin Kürdov, 6. David Qustavo, 9. Maneka, 14. Murilo Borges, 17. Felipinyo, 12. Rövşən Hüseynov (k), 13. Amir Şocaei, 11. Xətai Bağırov, 15. Hadi Ahmadi, 7. Ramiz Çovdarov, 8. İsa Atayev, 18. Nurlan Mehdizadə, 20. Tofiq Mikayılov.

Baş məşqçi: Joze Alesio Da Silva.

1

Uraqan

2

2

0

0

9-2

6

2

Araz-Naxçıvan

3

1

1

1

12-11

4

3

Liqeni

3

1

1

1

13-17

4

4

Yunayted Qalati

2

0

0

2

7-11

0

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı