Bizimkilərin Çempionlar Liqası macərası - FOTOLAR

29 Oktyabr 2021 09:00 Futzal 1 265
Bizimkilərin Çempionlar Liqası macərası - FOTOLAR

Azərbaycanın futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsindəki təmsilçisi “Araz-Naxçıvan” bu gün mübarizəyə başlayıb.

Sportinfo.az xəbər verir ki, ölkə çempionu ilk oyunda Ukraynanın “Uraqan” komandasıyla qarşılaşıb.

Görüş Naxçıvan təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Zədəli olduğuna görə İsaq Surğalı və Rizvan Fərzəliyev “Araz-Naxçıvan”a kömək edə bilməyib.

Komandanın itkiləri bununla yekunlaşmayıb. Hazırda komandanın düşərgəsində olan Xətai Bağırov da bu oyunda meydana çıxa bilməyib.

O, ilkin mərhələnin “Raba” ilə keçirilən son görüşündə qırmızı vərəqə aldığına görə cəzalı idi.

Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!