Azərbaycan klubu ÇL-də əsas mərhələyə məğlubiyyətlə başladı

28 Oktyabr 2021 22:40 Futzal 809
Azərbaycan klubu ÇL-də əsas mərhələyə məğlubiyyətlə başladı

"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayıb.

Sportinfo.az xəbər verir ki, B yolunda yer alan Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 6-cı qrupdakı ilk sınağında Ukraynanın "Uraqan" komandası ilə üz-üzə gəlib.

Azərbaycan çempionu bu oyuna 3 itki ilə çıxıb. Rizvan Fərzəliyev və İsaq Suğal zədə, Xətai Bağırov cəza səbəbindən oynamayıb. Komandamız bu itkilərin fonunda meydanı 1:2 hesablı məğlubiyyətlə tərk edib.

İvano-Frankovsk şəhərindəki Peşəkar Bədən Tərbiyə Kollecinin zalında keçirilən qarşılaşma Azərbaycan çempionunun 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

"Uraqan"ın heyətində qolları Nazar Şved və Artem Farenyuk vurublar. "Araz-Naxçıvan"dan isə Ramiz Çovdarov fərqlənib.

Bu qrupun digər matçında Kosovo "Ligeni"si Rumıniyanın "Yunayted Qalati" klubuna 6:4 hesabı ilə qalib gəlib.

"Uraqan" (Ukrayna) – "Araz" (Naxçıvan, Azərbaycan) 2:1
Qol: N.Şved, 9:46. A.Farenyuk, 15:04 – R.Çovdarov, 29:29.
Baş hakim: Yosip Barton (Şimali Makedoniya).
İvano-Frankivski. Peşəkar Bədən Tərbiyə Kollecinin zalı.

Uraqan: 12. Roman Koltok (k), 7. Mikola Qritsina, 8. Vitali Radeviç, 9. Roman Kordoba, 10. Artyom Farenyuk, 21. Taras Levandivski, 5. Taras Onufrak, 11. Sergey Koval, 17. Ruslan Şeremeta, 20. Vladislav Zavertani, 29. Nazar Şved, 33. Mixaylo Qritsina, 34. Maryan Maseviç, 78. Danil Abakşin.
Baş məşqçi: Maksim Pavlenko.
Araz: 12. Rövşən Hüseynov (k), 15. Hadi Əhmədi, 13. Amir Şocaei, 7. Ramiz Çovdarov, 8. İsa Atayev, 1. Emin Kürdov, 9. Maneka, 17. Felipinyo, 6. David Qustavo, 14. Murilo Borges, 18. Nurlan Mehdizadə, 20. Tofiq Mikayılov.
Baş məşqçi: Joze Alesio Da Silva.

Xəbər Lenti