Azərbaycan klubu ÇL-dən əvvəl daha bir itki ilə üzləşdi

26 Oktyabr 2021 10:00 Futzal 483
Azərbaycan klubu ÇL-dən əvvəl daha bir itki ilə üzləşdi

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın heyətində dəyişiklik edilib.

Federasiyadan Sportinfo.az-a verilən məlumata görə, Yüksək Liqanın IV turunda “Xilə” ilə oyunda zədələnərək meydanı erkən tərk edən İsaq Suğal zədəsi ciddi olduğu üçün heyətdən çıxarılıb. Onu Tofiq Mikayılov əvəzləyəcək.

Daha əvvəl kapitan Rizvan Fərzəliyevin də zədə səbəbində komanda ilə birlikdə səfərə yollanmayacağı açıqlanıb.

"Araz Naxçıvan" səfərə bu heyətlə yollanacaq: Rövşən Hüseynov, Emin Kürdov, Ramiz Çovdarov, Xətai Bağırov, İsa Atayev, Nurlan Mehdizadə, Hadi Ahmadi, Amir Şocayi, Maneka, Felipinyo, David Qustavo, Murilo Borges, Tofiq Mikayılov.

B yolunda yer alan komanda "Uraqan İvano-Frankovsk" (Ukrayna), "Ligeni" (Kosovo) və "Yunayted Qalati" (Rumıniya) klubları ilə birlikdə 6-cı qrupda mübarizə aparacaq.

“Araz-Naxçıvan” oktyabrın 26-da Bakı - İstanbul - Lvov hava reysi ilə səfərə çıxacaq, Lvovdan isə avtobusla İvano Frankovska yollanacaq.

Xəbər Lenti