Azərbaycan klubu kapitanı Çempionlar Liqasına aparmadı

25 Oktyabr 2021 23:00 Futzal 783
Azərbaycan klubu kapitanı Çempionlar Liqasına aparmadı

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək "Araz-Naxçıvan" səfərə itki ilə yollanacaq.

Azərbaycan Futzal Federasiyasından Sportinfo.az-a verilən məlumata görə, kapitan Rizvan Fərzəliyev Ukraynada keçiriləcək bu mərhələnin qarşılaşmalarında komandaya kömək edə bilməyəcək.

Səbəb 42 yaşlı oyunçunun zədəli olmasıdır. Klub təcrübəli futzalçını səfərə aparmayacaq və o, müalicəsini Bakıda davam etdirəcək.

Əvəzində bir müddətdir müalicə prosesi keçən Ramiz Çovdarov İvano-Frankovskda "Araz-Naxçıvan"a kömək edəcək.

Azərbaycan təmsilçisinin iştirak ərizəsi:

Qapıçılar: Rövşən Hüseynov, Emin Kürdov

Oyunçular: Ramiz Çovdarov, Xətai Bağırov, İsa Atayev, Nurlan Mehdizadə, Hadi Ahmadi, Amir Şocayi, İsak Surğalı, Maneka, Felipinyo, David Qustavo, Murilo Borges.

B yolunda yer alan komanda "Uraqan İvano-Frankovsk" (Ukrayna), "Ligeni" (Kosovo) və "Yunayted Qalati" (Rumıniya) klubları ilə birlikdə 6-cı qrupda mübarizə aparacaq.

“Araz-Naxçıvan” oktyabrın 26-da Bakı - İstanbul - Lvov hava reysi ilə səfərə çıxacaq, Lvovdan isə avtobusla İvano Frankovska yollanacaq.

Xəbər Lenti