Millimizin lideri İspaniyadan çəkinir: “Onları ram edə bilmirik”

24 Oktyabr 2021 23:20 Futzal 455
Millimizin lideri İspaniyadan çəkinir: “Onları ram edə bilmirik”

"Bizim üçün hələ ki, ram edilməyən rəqiblərdəndir”.

Sportinfo.az xəbər verir ki, bu sözlər futzal üzrə yığmanın kapitanın Rizvan Fərzəliyevə məxsusdur.

Azərbaycan Avropa çempionatının final mərhələsində Gürcüstan, İspaniya, Bosniya və Herseqovina ilə birlikdə D qrupunda mübarizə aparacaq.

Komandanın liderinin bildirdiyinə görə, İspaniyanın gücü, məqsədi və hədəfi hamıya bəllidir:

“Son dünya çempionatında əsasən gənc futzalçılara üstünlük verdilər. Yeni nəsil gəlir.

Təbii ki, onlar da sələflərinin iddiasını davam etdirməyə, uğurlarını təkrarlamağa çalışacaqlar.

Mundialda da pis təsir bağışlamadılar. Qrupda son oyunumuzu Bosniya və Herseqovinaya qarşı keçirəcəyik.

Əgər onlar qitə birinciliyinin final mərhələsinə yüksəliblərsə, deməli, güclü komandadır. Çalışacağıq ki, yaxşı nəticə qazanaq, ən azı qrup mərhələsindən ¼ finala yüksələk".

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda