Azərbaycan – İspaniya qarşılaşması nə vaxt olacaq?

19 Oktyabr 2021 09:20 Futzal 779
Azərbaycan – İspaniya qarşılaşması nə vaxt olacaq?

Futzal üzrə Azərbaycanın millisinin Niderlandda təşkil olunacaq Avropa çempionatının final mərhələsindəki qrup oyunlarının təqvimi açıqlanıb.

Azərbaycan Futzal Federasiyasından Sportinfo.az-a verilən məlumata görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv D qrupunda ilk matçını 2022-ci il yanvarın 22-də Gürcüstana qarşı keçirəcək.

Yanvarın 26-dakı qarşılaşmada rəqib İspaniya olacaq. Komanda qrupdakı son oyununda isə Bosniya və Herseqovina ilə üz-üzə gələcək.

Bu görüş yanvarın 29-na təsadüf edəcək. Azərbaycan ilk 2 matçını Qroningen, sonuncu matçını isə Amsterdam şəhərində keçirəcək.

D qrupu

22 yanvar

Gürcüstan – Azərbaycan

İspaniya – Bosniya və Herseqovina

26 yanvar

İspaniya – Azərbaycan

Bosniya və Herseqovina – Gürcüstan

29 yanvar

Azərbaycan - Bosniya və Herseqovina

Gürcüstan - İspaniya

19 yanvar - 6 fevralda gerçəkləşəcək Avropa çempionatı ilk dəfə 16 komandanın iştirakı ilə baş tutacaq.

Xəbər Lenti