"Araz"ın ÇL-ın əsas mərhələsindəki rəqibləri bilindi

30 Avqust 2021 18:30 Futzal 613
"Araz"ın ÇL-ın əsas mərhələsindəki rəqibləri bilindi

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki UEFA-nın mənzil-qərargahında təşkil edilən tədbirdə Azərbaycan təmsilçisi "Araz-Naxçıvan"ın da rəqibləri bəlli olub.

B yolunda yer alan ölkə çempionu "Uraqan İvano - Frankivsk" (Ukrayna), "Ligeni" (Kosovo) və "Yunayted Qalati" (Rumıniya) klubları ilə birlikdə 6-cı qrupda mübarizə aparacaq.

Bu qrupun matçları Ukraynada olacaq. Əsas mərhələnin oyunları oktyabrın 26-dan 31-dək keçiriləcək.

Xəbər Lenti