“Araz” Finlandiya klubu ilə 4:4 etdi - Çempionlar Liqasında

22 Avqust 2021 17:20 Futzal 585
“Araz” Finlandiya klubu ilə 4:4 etdi - Çempionlar Liqasında

Bu gün “Araz” komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində növbəti oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, son ölkə çempionu F qrupundakı ikinci matçında Finlandiyanın “Kampuksen Dinamo” kollektivi ilə üz-üzə gəlib.

Latviyanın Salaspils şəhərində keçirilən və 8 qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib.

Joze Alesionun baş məşqçi olduğu komanda ilk görüşdə Cəbəllütariqin “Europa” klubunu 9:2 hesabı ilə üstələyib. İlkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir.

Avqustun 20-dən 25-dək keçiriləcək matçlar Almaniya, İsveçrə, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Albaniya və Monteneqroda təşkil edilir.

Reqlamentə uyğun olaraq, 9 komanda – 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.

22 avqust

"Kampuksen Dinamo" – "Araz" 4:4
Qollar: M.Basilio, 12:15; 29:56. İntala, 12:40. Korsunov, 21:37 – X.Bağırov, 06:21. E.Rodriqes, 07:22. P.Q.Dos Santos, 15:49. A.Şocaei, 33:00.
Hakimlər: Drazen Vukçeviç (Monteneqro), Dario Pezzuto (İtaliya), Daniele Dadamo (San Marino).
Salaspils şəhəri. İdman Kompleksi. Saat 15:00.

Kampuksen Dinamo: 30. Savolaynen (q), 6. J.Kitola, 10. Korsunov, 11. M.Kitola (k), 47. Lintula, 1. Laytinen (q), 7. Louste, 9. Macedo Basilio, 12. Kivipure, 18. İntala, 20. Korhonen, 21. Filppu.
Baş məşqçi: Vuyoviç.

Araz: 12. Rövşən Hüseynli (q), 7. Ramiz Çovdarov, 9. Emanuel Rodriqes, 14. Murilo Borges, 17. Pereyra Qonçalves Dos Santos, 1. Emin Kürdov (q), 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 13. Amir Şoxaei, 10. İsa Atayev, 15. Hadi Ahmadi, 20. Tofiq Mikayılov.
Baş məşqçi: Joze Alesio Da Silva.

Xəbər Lenti