Azərbaycan çempionu qrupu birinci yerdə bitirsə…

22 Avqust 2021 15:00 Futzal 1 212
Azərbaycan çempionu qrupu birinci yerdə bitirsə…

Bu gün “Araz” futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində növbəti oyununa çıxır.

Son ölkə çempionu F qrupundakı ikinci matçında Finlandiyadan “Kampuksen Dinamo” ilə üz-üzə gələcək.

Matç Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Latviyanın Salaspils şəhərində keçiriləcək qarşılaşmanı monteneqrolu hakim Drazen Vukçeviç idarə edəcək.

Joze Alesionun baş məşqçi olduğu komanda ilk görüşdə Cəbəllütariqin "Europa" klubunu 9:2 hesabı ilə üstələyib. İlkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir.

Avqustun 20-dən 25-dək keçiriləcək matçlar Almaniya, İsveçrə, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Albaniya və Monteneqroda təşkil edilir.

Reqlamentə uyğun olaraq, 9 komanda - 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.

Naxçıvan təmsilçisi qruppu birinci yerdə başa vurub, növbəti mərhələyə vəsiqə qazanarsa, oyunçularını mükafatlandıracaq. Məbləğ də məlumdur – hər bir nəfərə 4000 manat.

15:00. Kampuksen Dinamo - Araz
Hakimlər:
Drazen Vukçeviç (Monteneqro), Dario Pezzuto (İtaliya), Daniele Dadamo (San Marino).
Salaspils şəhəri. İdman Kompleksi. Saat 15:00.

SPORTİNFO.AZ

Xəbər Lenti