“Araz” ÇL-dəki ilk matçda “çırtdanlar”ı darmadağın etdi

21 Avqust 2021 17:00 Futzal 1 512
“Araz” ÇL-dəki ilk matçda “çırtdanlar”ı darmadağın etdi

Bu gün “Araz-(Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəyə start verib.

Sportinfo.az xəbər verir ki, son ölkə çempionu ilk oyununda Cəbəllütariqin “Europa” kollektivi ilə üz-üzə gəlib.

Latviyanın Salaspils şəhərində keçirilən qarşılaşmaya Bakı vaxtı ilə saat 15:00-da start verilib. Azərbaycan təmsilçisi 11 qolun qeydə alındığı bu görüşdə darmadağına sevinib.

İlkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir. Avqustun 20-dən 25-dək keçiriləcək matçlar Almaniya, İsveçrə, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Albaniya və Monteneqroda təşkil ediləcək.

Reqlamentə uyğun olaraq, 9 komanda – 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.

“Araz” növbəti oyunlarını avqustun 22-də “Kampuksen Dinamo” (Finlandiya), ayın 24-də isə “Raba”ya (Latviya) qarşı keçirəcək.

21 avqust

"Araz" – "Europa" 9:2

Qollar: D.Qalleqo, 04:13-öz qapısına. E.Rodriqes, 05:07; 29:57; 39:11. A.Şocaei, 08:08. X.Bağırov, 10:52. P.Santos, 20:07; 38:58. İ.Atayev, 27:13 – J.J.Dias, 33:51; 34:22.

Hakimlər: Dario Pezzuto (İtaliya), Drazen Vukçeviç (Monteneqro), Panagiotis Ntalas (Yunanıstan).

Salaspils şəhəri. İdman Kompleksi.

Araz: 12. Rövşən Hüseynli (q), 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 13. Amir Şocaei, 1. Emin Kürdov (q), 9. Emanuel Rodriqes, 10. İsa Atayev, 14. Murilo Borges, 15. Hadi Ahmadi, 17. Pereyra Qonçalves Dos Santos, 20. Tofiq Mikayılov.

Baş məşqçi: Joze Alesio Da Silva.

Europe: 1. Moxham (q), 9. Dias Qalleqo, 10. Rodriqes (k), 11. Fraile, 15. Fortuna, 13. Manasko (q), 2. Jorje Junko Dias, 3. Panzaveçiya, 5. Conatan Rodriqes, 6. Parodi, 7. Heredia Fernandes, 16. Suazo Torres, 17. Fernandes Bravo, 18. Guillen Duran.

Baş məşqçi: Neale.

Xəbər Lenti