"Hər iki liqada 14 komandanın iştirakı nəzərdə tutulur"

21 Avqust 2021 10:40 Futzal 1 512
"Hər iki liqada 14 komandanın iştirakı nəzərdə tutulur"

Azərbaycanda futzal üzrə I və II Liqa yenidən bərpa olunacaq.

Bu barədə Sportinfo.az-a Futzal Federasiyasnın mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov bildirib.

Onun sözlərinə görə, hər iki çempionata oktyabrda start verilməsi planlaşdırılır:

"Hər iki liqa həvəskar status daşıyır. Bu yarışlarıın yenidən təşkili istiqamətində işlər görülür. Oktyabr ayında bu liqalarla start vermək istəyirik.

Artıq komandalar yığılır. Hər iki liqada 14 komandanın iştirakı nəzərdə tutulur. Amma bu, bizim plandır.

Son günlərdə yoluxma sayı ilə bağlı vəziyyət pisləşib. Operativ Qərargahın gələcəklə bağlı hansı qərarlar qəbul edəcəyini bilmirik".

Xəbər Lenti