Azərbaycanda daha bir klub fəliyyətini dayandırdı

22 İyul 2021 17:40 Futzal 1 023
Azərbaycanda daha bir klub fəliyyətini dayandırdı

Azərbaycanda tanınmış futzal klublarından biri fəliyyətini dayandırıb.

Bu, Yüksək Liqanın iddialı iştikaçılarından olan “Marafon”dur.

Sponsorların imtinası üzündən komanda növbəti mövsümdə çıxış etməyəcək.

Beləliklə, son dönəmdə yolunu futzal “qəbirstanlığı”na salan klubların sayı 4-ə çatıb. “Marafon”dan öncə “Bakı TFK, “Yasamal İSK” və “Xızı Futzal” mövcudluğunu itirib.

Yüksək Liqada 2021/22 mövsümünə sentyabrın 9-da start veriləcək.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbinə uyğun olaraq yalnız 18 yaşdan yuxarı vətəndaşlar COVID pasportunu (vaksinasiya sertifikatı, xəstələnib sağalmış şəxslər üçün immunitet sertifikatı) göstərməklə idman zallarına daxil ola biləcəklər.

Çempionatda 8 klubun mübariz aparması planlaşdırılır. Bu işə iştirakçı sayının azalması deməkdir. müqayisə üçün deyək ki, ötən sezon yarışmaya 10 komanda qatılıb.

Federasiya rəhbərliyinin say azalmasına getməsinin səbəbi klubların həvəskar səviyyəli fəaliyyət göstərməsi, Yüksək Liqaya qeyri-peşəkar yanaşmasıdır.

Belə ki, onların bir neçəsi çempionatın gedişində çıxısını dayandırıb, oyunlara gəlməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi