Azərbaycan çempionu bu tələbi yerinə yetirməlidir

20 İyul 2021 20:40 Futzal 1 192
Azərbaycan çempionu bu tələbi yerinə yetirməlidir

Futzal üzrə UEFA Çempionlar Liqasında ilkin mərhələndə mübarizə aparacaq "Araz Naxçıvan"ın qarşısına konkret vəzifə qoyulub.

Sportinfo.az-ın məlumatına görə, Azərbaycan çempionu F qrupunu birinci yerdə bitirməlidir.

Bu, klub rəhbərliyinin məşqçi və oyunçu heyətindən yeganə tələbidir. Onlar hədəfə çatsalar, 3000 manatadək mükafat qazana bilər.

Joze Alesio Da Silvanın baş məşqi olduğu komanda "Raba" (Latviya), "Kampuksen Dinamo" (Finlandiya) və "Europa" (Cəbəllütariq) ilə üz-üzə gələcək.
İlkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir.

Avqustun 20-dən 25-dək keçiriləcək matçlar Almaniya, İsveçrə, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Albaniya və Monteneqroda təşkil ediləcək.

"Araz Naxçıvan" qarşılaşmalarını Latviyada oynayacaq.

Reqlamentə uyğun olaraq, 9 komanda - 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM